Tarix : 26-09-2020, 10:38 | Bölmə: xeberler / Dunya |
Ərdoğan və Dodon arasında telefon danışığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Moldova Prezidenti İqor Dodon arasında telefon danışığı olub.

Xeberpress.info-nun məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Türkiyə-Moldova əlaqələrinin genişləndirilməsi və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı T.Ərdoğan Türkiyə ilə Moldova arasındakı münasibətləri strateji tərəfdaşlıq ruhunda hərtərəfli inkişaf etdirmək əzmini dilə gətirib.
(Reytinq:0)