Tarix : 25-09-2020, 11:42 | Bölmə: xeberler / Dunya |
Düşmən ölkədə yoluxma artıb

Ermənistanda koronavirusa yoluxanların sayı 48 643 nəfərə çatıb.

Xeberpress.info erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 392 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 947 nəfər koronavirusdan ölüb, 4 002 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
(Reytinq:0)