Tarix : 25-09-2020, 10:55 | Bölmə: xeberler / siyaset |
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanda

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib.

Avropa İttifaqının (AI) Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edib.

Xeberpress.info-nun məlumatına görə, bu barədə T.Klaar öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, iki gün davam edəcək görüşlər üçün Bakıya gəlib:

"Aİ Cənubi Qafqazda sülh və sabitliyin olmasında maraqlıdır. Gərginliyin azaldılması və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında ilkin şərtlər olmadan substantiv danışıqlar prosesini bərpa etmək vacibdir".
(Reytinq:0)