Tarix : 25-09-2020, 09:34 | Bölmə: xeberler / Dunya |
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti iclası keçirilib.

Xeberpress.info Türkiyə KİV-lərinə əsasən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. İclasda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla Türkiyə dövlətinə qarşı təhdid mənbəyi olan bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricdə aparılan uğurlu antiterror əməliyyatları barədə MGK-yə müfəssəl məlumat verilib. Məlumatda qeyd olunur ki, Türkiyə Şərqi Aralıq dənizi daxil olmaqla, hava və su məkanları ilə birlikdə bütün sərhədləri daxilində özünün və Şimali Kiprin hüquq və haqlarını müdafiə etməkdə davam edəcək. Avropa İttifaqı başda olmaqla bütün qurumlardan bu haqq və mənafelərə hörmət edilməsi istənilir. Dünyada və bölgədəki bütün münaqişələrdə haqqın və ədalətin tərəfdarı olan Türkiyə dialoqun və anlaşmanın yanındadır. O cümlədən, Suriya və Liviyada qanun çərçivəsində terrorizmlə mübarizəyə və sabitliyin təmin edilməsinə dəstək verən Türkiyə bu ölkələrin sülh və rifaha qovuşması istiqamətindəki fəaliyyətini davam etdirəcək.
(Reytinq:0)