Tarix : 22-09-2020, 11:13 | Bölmə: xeberler / Medeniyyet |
Səkkiz minə yaxın valideyn əyani təhsildən imtina edib

Səkkiz minə yaxın şagirdin valideyni övladının əyani təhsil almasından imtina edib.

2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrində ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə 625 min 394 şagird təhsil alır.

Xeberpress.info Təhsil Nazirliyinə istinadən bildirir ki, bu şagirdlərdən 7 min 868 nəfərin (1,26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
(Reytinq:0)