Tarix : 21-09-2020, 09:49 | Bölmə: xeberler / Dunya |
Trampı zəhərləmək istəyən şəxs saxlanılıb

Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb.

ABŞ prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxs Kanada-ABŞ sərhədini keçmək istəyərkən saxlanılıb.

Xeberpress.info-nun məlumatına görə, bu barədə "NBC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, şəxsiyyəti açıqlanmayan şəxs ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.
(Reytinq:0)