Tarix : 19-09-2020, 11:46 | Bölmə: xeberler / Dunya |
Ermənistanda yoluxma sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı 47 154 nəfərə çatıb.

Xeberpress.info-nun erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 244 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 928 nəfər koronavirusdan ölüb, 3 390 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
(Reytinq:0)