Tarix : 18-09-2020, 11:32 | Bölmə: xeberler / Dunya |
Gürcüstan parlamentinin erməni deputatının təhdidi

Gürcüstan parlamentinin erməni deputatı hakimiyyəti təhdid edir.

Xeberpress.info xəbər verir ki, erməni deputat Mkoyan özünün “Facebook” səhifəsində əhalini payızda Cavaxetiya bölgəsinin təbii qazsız qalacağı ilə qorxudur.

Onun sözlərinə görə, bu, siyasi təzyiqlərlə əlaqədardır. Guya Gürcüstan hökuməti ona namizədliyini geri götürmək üçün təzyiq göstərir.

Deputat yazır ki, seçkilərə bir ay yarım qalmış maliyyə polisi onun qudasına məxsus “MEEKİ” ASC və “S.G.Gas” şirkətlərinə gələrək kompüterləri bağlayıb, sənədləri götürüb.

“Əgər şirkətlər açılmasa, biz qazlaşdırma ilə bağlı layihələri reallaşdıra bilməyəcəyik və Cavaxeti bölgəsi qazsız qalacaq”, – deyə erməni deputat vurğulayır.

Gürcüstanın rəsmi şəxsləri isə dövlət və ya hökumət tərəfindən heç kimə təzyiq göstərilmədiyini bildiriblər.

Baş Nazir Giorgi Qaxaria parlament seçkilərin iştirak etmək üçün bütün namizədlərə tam azad və demokratik şərait yaradıldığını, hökumətin bu seçkiləri də şəffaf və demokratik keçirilməsinə çalışdığını bildirib.

Parlamentin sədri Arçil Taakvadze, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze və başqaları seçkilərin azad və şəffaf keçirilməsi, namizədlər üçün hər cür şəraitin yaradıldığını bəyan ediblər.

Siyasi analitiklər isə Mkoyanın bu bəyanatını cəfəngiyat və ölkədə qarşıdurma yaradılmasına yönəlmiş addım kimi qiymətləndirirlər.

Politoloq Quram Marxuliya hesab edir ki, Cavaxetiya etnik ermənilərin daha çox yaşadıqları bölgədir. Deputat Enzel Mkoyan bu yolla yenidən deputat mandatı almağa çalışır. O, yaxşı bilir ki, seçkilər demokratik keçsə, mandat qazana bilməyəcək. Ona görə də iqtisadi rıçaqlardan istifadə etməklə hakimiyyətə hədə-qorxu gəlir.

Politoloq Tengiz Txilava da Mkoyanın bu bəyanatının ermənilərin növbəti təxribat hazırlamalarından xəbər verdiyini qeyd edib.
(Reytinq:0)