Tarix : 18-09-2020, 10:48 | Bölmə: xeberler / Cemiyyet |
Bəzən çıxış edən deputatların adları düzgün göstərilmir

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin komitə iclaslarından mətbuatda və sosial mediada gedən yazılarda bəzən müzakirələrdə çıxış edən deputatların adlarının düzgün göstərilməməsi ilə bağlı məlumat yayıb.

Xeberpress.info xəbər verir ki, məlumatda bunun oxucularda anlaşılmazlıq yaratdığı və haqlı suallara səbəb olduğu bildirilir.

Qeyd edilir ki, sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədovanın fikirləri deputat Jalə Əliyevanın söylədiyi fikirlər kimi təqdim edilib. Jalə Əliyeva ümumiyyətlə İnsan hüquqları komitəsinin üzvü deyil və həmin iclasda iştirak etməyib.

Parlamentdə keçirilən iclaslardan informasiya hazırlayarkən belə məsələlərdə xüsusilə diqqətli olmaq xahiş edilir.
(Reytinq:0)