Tarix : 16-09-2020, 09:55 | Bölmə: xeberler / Dunya |
Türkiyədə 261 min nəfər koronavirusdan sağalıb

Türkiyədə koronavirusdan sağalanların sayı 261 min nəfəri ötüb.

Türkiyədə son 24 saat ərzində daha 67 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Xeberpress.info-nun məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 186 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 294 620 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 327 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 261 260 nəfər təşkil edir.
(Reytinq:0)