Tarix : 16-09-2020, 09:38 | Bölmə: xeberler / Hadise |
Binəqədidə yaşayış binasında yanğın olub

Binəqədi rayonunda yaşayış binasında yanğın olub.

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
(Reytinq:0)