Tarix : 14-09-2020, 10:19 | Bölmə: xeberler / Cemiyyet |
İlk dərs gigiyena qaydalarına aid olacaq

İlk dərs gigiyena qaydalarına aid olacaq.

Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.

Xeberpress.info bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

(Reytinq:0)