Tarix : 14-09-2020, 09:52 | Bölmə: xeberler / Dunya |
Rusiyada vahid səsvermə yekunlaşır

Rusiyada vahid səsverməyə yekun vurulur.

Rusiyada üç gün davam edən regional və yerli səsverməyə yekun vurulur.

Xeberpress.info xəbər verir ki, ölkənin 85 regionundan 83-də keçirilən səsvermə 2021-ci ilə nəzərdə tutulmuş federal parlament seçkiləri ərəfəsində sonuncu səsvermədir.

Səsvermədə ali vəzifələrə birbaşa seçkilər keçirilib, yerli parlamentlərin deputatları, eləcə də 4 birmandatlı dairələrdə Dövlət Dumasının deputatları seçilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə 171 minə yaxın namizədlik irəli sürülüb. MSK-nın sədri Ella Pamfilova səsvermə zamanı, demək olar ki, qanun pozuntusunun qeydə alınmadığını bildirib.
(Reytinq:0)