Tarix : 14-09-2020, 09:13 | Bölmə: xeberler / Cemiyyet |
Müəllimlərin əməkhaqqısına da baxmalıyıq

Biz məktəblərdə müəllimin dərs dediyi saatların azaldılması hesabına vakant yer yarada bilmərik.

Xeberpress.info-nun məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hansısa məktəbdə müəllim bu və ya digər səbəbdən işdən ayrılırsa, bu, həmin məktəbdə vakant yerin yaranması demək deyil: “Biz yalnız vakant yerlərin sayına deyil, müəllimlərin əməkhaqqısı məsələsinə də baxmalıyıq. Çünki bizim iki əsas məqsədimiz var. Bir məqsədimiz bacarıqlı, istedadlı gənc müəllimləri işə cəlb etməkdirsə, digər məqsədimiz müəllimlik peşəsində işləyən insanların əməkhaqqısının yüksək olmasıdır. Bu iki məsələ arasında çox ciddi əlaqə var. Belə ki, müəllimin əməkhaqqı onun dərs dediyi saatlara bağlıdır. Bu saatların azaldılması hesabına biz vakant yer yarada bilmərik. Çünki bu halda biz həm özümüzə, həm də cəmiyyətə yanlış mesajlar vermiş olarıq”.
E.Əmrullayev bildirib ki, bu mənada hər hansı məktəbdə müəllim işdən ayrılırsa, bu məktəb üzrə təhlillər aparılır, həmin dərs saatının bölgüsü məsələsinə baxılır. Bu haldan sonra vakansiyanın olub-olmaması ilə bağlı qərar verilir.

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 14-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Xeberpress.info bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.
(Reytinq:0)