Tarix : 14-09-2020, 09:05 | Bölmə: xeberler / Dunya |
Yoluxma sayı 29 milyonu ötüb

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 29 milyon nəfəri ötüb.

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 29 milyon nəfəri ötüb.

Xeberpress.info pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 12-də dünyada 282 min 370 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 983 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 29 milyon 111 min 724 yoluxma və 926 min 925 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 20 milyon 948 min 455 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 236 min 344 xəstədən 60 min 906 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 698 min 525 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 4 milyon 837 min 952 nəfər. Braziliyada 4 milyon 319 min 184 nəfər, Rusiyada 1 milyon 62 min 811 nəfər, Peruda 722 min 832 nəfər, Kolumbiyada isə 708 min 964 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 198 min 308 nəfər. İlk beşliyə daxil olan Braziliyada 131 min 408, Hindistanda 79 min 690, Meksikada 70 min 604, Birləşmiş Krallıqda isə 41 min 628 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
(Reytinq:0)