Tarix : 10-09-2020, 10:57 | Bölmə: xeberler / Dunya |
Trampın Kubaya qarşı ticarət məhdudiyyətləri

Tramp Kubaya qarşı embarqonun müddətini uzadıb.

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı qüvvədə olan ticarət məhdudiyyətləri daha bir il müddətinə uzadıb.

Xeberpress.info-nun "TASS"a istinadən verdiyi məlumata görə, D.Trampın bu barədə müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilib.

Bildirilir ki, ticarət məhdudiyyətləri 2021-ci il 14 sentyabr tarixinədək qüvvədə olacaq.
(Reytinq:0)