Tarix : 9-09-2020, 09:36 | Bölmə: xeberler / idman |
Millimizin UEFA Millətlər Liqasında ilk qələbəsi

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyunu başa çatıb.

Xeberpress.info xəbər verir ki, futbolçularımızın üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi qələbə qazanıb -0:1. Matçın 29-cu dəqiqəsində Maksim Medvedev fərqlənib.

C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.
(Reytinq:0)