Tarix : 7-09-2020, 11:48 | Bölmə: xeberler / Bolge |
Tərtərdə dəhşətli qətl hadisəsi

Tərtər rayonunda qətl hadisəsi baş verib.

Tərtərdə 30 yaşlı qadını keçmiş əri boğub öldürdü.

Xeberpress.info bildirir ki, Tərtər rayon prokurorluğundan verilən məlumata görə, hadisə sentyabrın 6-da saat 05 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində baş verib.

Kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
(Reytinq:0)