Tarix : 5-08-2020, 10:55 | Bölmə: xeberler / Cemiyyet |
İstifadəyə verilən çimərliklər

Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilib.

Xeberpress.info-nun məlumatına görə, cimerlik.az portalı da fəaliyyətə başlayıb. Poratala daxil olan çimərliklər vətəndaşların istifadəsinə hazırdır.

Qeyd edək ki, çimərliklə saat 09.00-20.00-a qədər fəaliyyət göstərəcək. Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidmət göstərməsi qadağandır. Onlayn formada isə sifarişlər vermək mümkündür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Trend-ə bildirib ki, Bakı və Sumqayıtda eyni anda 100 minə yaxın şəxsin çimərlikdə istirahət etmək imkanı var. "cimerlik.az" portalı vasitəsilə çimərliklərin doluluq səviyyəsini görmək mümkündür.
(Reytinq:0)