Tarix : 5-08-2020, 10:05 | Bölmə: xeberler / iqtisadiyyat |
Manatın vəziyyəti

Avqustun 5-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 5 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Xeberpress.info bildirir ki, Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 5-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0088 manat təşkil edir. 1 türk lirəsi 0.2456 manat, 1 rus rublu 0.0232, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5538 manatdır.
(Reytinq:0)