Tarix : 29-07-2020, 09:45 | Bölmə: xeberler / Cemiyyet |
Koronavirusla bağlı 8 429 test edilib

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

TXeberpress.info xəbər verir ki, ötən gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 429 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 698 815 test aparılıb. Aktiv xəstə sayı 6 555 nəfərdir, onlardan 299 nəfər reanimasiyadadır, 73 nəfər isə süni tənəffüs aparatına qoşulub.
(Reytinq:0)