Tarix : 28-07-2020, 12:14 | Bölmə: xeberler / Cemiyyet |
Yeni Təhsil Nazirinin təqdimatı

Yeni təyin edilən Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.

Xeberpress.info-nun məlumatına görə, E.Əmrullayevin Prezident İlham Əliyev tərəfindən iyulun 27-də Təhsil naziri təyin edilib.

Naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, Firudin Qurbanov, İdris İsayev və şöbə müdirləri iştirak edib.

Xatırladaq ki, E.Əmrullayev 2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.

O, daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
(Reytinq:0)