Tarix : 28-07-2020, 10:45 | Bölmə: xeberler / Cemiyyet |
Xəstələrdən 69-u süni tənəffüs cihazına qoşulub

Koronavirusla əlaqədar aparılan testlərin sayı 690 mini ötüb.

İyulun 27-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6838 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 690 min 386-ya çatıb.

Xeberpress.info bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 6781-ə bərabərdir. Xəstələrdən 315 nəfəri reanimasiyadadır ki, onlardan da 69-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 27-də Azərbaycanda koronavirus infeksiyasına daha 396 yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
(Reytinq:0)