Tarix : 24-07-2020, 09:22 | Bölmə: xeberler / Cemiyyet |
Yoluxanlardan 66-sı süni tənəffüs cihazına qoşulub

Ötən gün koronavirusla əlaqədar 8829 test aparılıb.

İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 min 782-yə çatıb.

Xeberpress.info bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
(Reytinq:0)