Tarix : 21-07-2020, 09:24 | Bölmə: xeberler / Cemiyyet |
Yoluxanların 58-i süni tənəffüs cihazına qoşulub

Koronavirusla əlaqədar ölkəmizdə 635 minə yaxın test aparılıb.

İyulun 20-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6817 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 634 min 698-ə çatıb.

Xeberpress.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronaviruslu xəstələrin sayı 8037-yə bərabərdir. Xəstələrdən 344 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 20-də Azərbaycanda koronavirus infeksiyasına daha 369 yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.
(Reytinq:0)