Tarix : 9-07-2020, 12:54 | Bölmə: xeberler / Bolge |
Diplomatik Xidmət Orqanlarının 101-ci ildönümü

Azərbaycan Diplomatik Xidmət Orqanlarının yaranmasının 101-ci ildönümü Gürcüstan paytaxtında geniş qeyd olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının və səfirliyin əməkdaşları, ziyalılar iyulun 9-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.

Səfir D.Həsənov diplomatları peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Diplomatik xidmət orqanlarının 101 illiyinə həsr olunan tədbir səfirlikdə davam etdirilib.
(Reytinq:0)