Tarix : 9-07-2020, 10:36 | Bölmə: xeberler / Cemiyyet |
Nazir müavini işdən çıxarıldı

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Xeberpress.info bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.
(Reytinq:0)