Tarix : 9-07-2020, 10:13 | Bölmə: xeberler / Hadise |
Yanğın dörd hektar sahəni əhatə edib

“Şahdağ” Milli Parkının ərazisində baş verən yanğın söndürülüb .

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında “Şahdağ” Milli Parkının ərazisində dörd hektar sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Xeberpress.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
(Reytinq:0)