Tarix : 2-07-2020, 11:44 | Bölmə: xeberler / Medeniyyet |
Birinci siniflərin dərsliklərinin  müddəti dəyişdirilir

Birinci siniflər üçün bütün dərsliklərin istifadə müddəti dəyişdirilir.

Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti dəyişdirilir.

Xeberpress.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq.

Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.
(Reytinq:0)