Tarix : 11-06-2020, 12:49 | Bölmə: xeberler / Medeniyyet |
AMEA-da iki yeni mərkəz

Azərbaycan Milli Elmlər Akademiyasında iki yeni mərkəz yaradılır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

Xeberpress.info-nun məlumatına görə, akademiyadan bildirilib ki, iclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin və AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması, eləcə də Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
(Reytinq:0)