Tarix : 26-03-2020, 10:35 | Bölmə: xeberler / Dunya |
Baş nazirin müavini koronavirusa yoluxub

İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub.

İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.

"TASS"ın verdiyi məlumata görə, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.
(Reytinq:0)