Tarix : 25-03-2020, 12:43 | Bölmə: xeberler / siyaset |
Azərbaycanla İran arasında sərhədin bağlanması qərarının vaxtı uzadıldı

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadıldı.

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Xeberpress.info bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Qeyd edək ki, bundan əvvəl 12 mart 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanmışdı.
(Reytinq:0)