Tarix : 25-03-2020, 10:58 | Bölmə: xeberler / Cemiyyet |
Bakı Limanı koronavirusla mübarizəyə 100 min ayırdı

Bakı Limanı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait ayırıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Xeberpress.info-nun məlumatına görə, QSC-dən bildirilib ki, Bakı Limanı qlobal pandemiyaya çevrilmiş koronavirusa qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədilə fonda 100 min manat məbləğində vəsait ayırıb.
(Reytinq:0)