Tarix : 23-03-2020, 12:42 | Bölmə: xeberler / Dunya |
Angela Merkel karantində

Almaniya kansleri Angela Merkel ev karantininə alınıb.

Xeberpress.info xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Merkelə bir müddət əvvəl iynə vuran həkimdə koronavirusun aşkar olunmasıdır.
Kansler bu barədə ötən gün keçirdiyi mətbuat konfransından sonra xəbər tutub və evdə karantində qalmaq qərarı verib. O, bundan sonra öz vəzifələrini karantin şəraitində icra edəcəyini açıqlayıb.

Qeyd edək ki, mətbuat konfransında karantin qaydalarının sərtləşməsi haqqında qərar açıqlanıb. Belə ki, iki həftə ərzində Almaniya vətəndaşlarına iki nəfərdən çox olmaqla toplaşmaq qadağan edilib.
(Reytinq:0)