Tarix : 23-03-2020, 11:46 | Bölmə: xeberler / Dunya |
Çində koronavirus 3270 can alıb

Çində koronavirusdan ölənlərin sayı 3270 nəfərə çatıb.

Çində daha 39 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

"TASS"ın verdiyi məlumata görə, yoluxma halları xaricdən gələn Çin vətəndaşlarında aşkarlanıb. Ötən sutka ərzində isə ölkə daxilində virusa yoluxma qeydə alınmayıb.

Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 81093 çatıb. Onlardan 3270 nəfəri ölüb, 72703 nəfəri isə sağalıb.
(Reytinq:0)