Tarix : 23-03-2020, 09:45 | Bölmə: xeberler / Dunya |
Türkiyədə 30 nəfər koronavirusun qurbanı olub

Türkiyədə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb.

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 9 nəfər dünyasını dəyişib.

Xeberpress.info bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkə ərazisində daha 289 nəfər yeni koronavirusa yoluxub.

Xatırladaq ki, daha əvvəl Türkiyədə yeni növ koronavirusa 947 nəfərin yoluxduğu, 21 nəfərin isə öldüyü deyilirdi.
(Reytinq:0)