Tarix : 19-03-2020, 09:45 | Bölmə: xeberler / Dunya |
Türkiyədə 191 nəfər koronavirusa yoluxub

Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfərə çatıb.

Türkiyədə COVİD-19 koronavirusuna daha 93 nəfər yoluxub.

Xeberpress.info bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan daha bir nəfər ölüb və ölənlərin sayı 2 nəfərə çatıb. Nazir bildirib ki, koronavirusa yoluxanların ümumi sayı 191 nəfər təşkil edir.

F.Koca qeyd edib ki, ikinci ölən şəxs 61 yaşında kişi olub.

Xatırladaq ki, ötən gün Türkiyədə yeni koronavirusdan ilk ölüm halı qeydə alınmışdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.
(Reytinq:0)