Tarix : 10-03-2020, 11:35 | Bölmə: xeberler / Medeniyyet |
Birinci siniflərə şagird qəbulu elektron qaydada həyata keçirilir

Birinci siniflərə şagird qəbulu elektron qaydada həyata keçirilir.

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Xeberpress.info-nun məlumatına görə, Təhsil Nazirliyindən bildiriblər ki, martın 10-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü saat 11:00-dan etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.
(Reytinq:0)