Tarix : 6-03-2020, 11:35 | Bölmə: xeberler / Medeniyyet |
ATMU-da koronavirus infeksiyasına qarşı tədbirlər

Turizm və Menecment Universitetində koronavirus infeksiyasına qarşı tədbirlər görülür.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) koronavirus (COVİD-19) infeksiya təhlükəsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

ATMU-dan bildirilib ki, Nazirlər Kabinetinin Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması barədə müvafiq qərarına əsasən universitetdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, ali təhsil müəssisəsinin hər iki korpusunun auditoriyaları, kitabxanaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri Bakı Dezinfeksiya Stansiyasının Nərimanov rayonlararası bölməsi MMC tərəfindən həyata keçirilib.
(Reytinq:0)