Tarix : 5-03-2020, 09:46 | Bölmə: xeberler / Medeniyyet |
Mərkəzi Elmi Kitabxananın direktoru işdən çıxarılıb

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsindən azad edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında kadr dəyişikliyi olub.

Akademiyadan verilən məlumata görə, Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə olunub.
(Reytinq:0)