Tarix : 27-02-2020, 10:15 | Bölmə: xeberler / idman |
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsi bu gün  yekunlaşacaq

Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulacaq.

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə yekun vurulacaq.

Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşehir” səfərdə 1:3 hesabı ilə uduzduğu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

İtaliyada yayılan koronavirus epidemiyasına görə “İnter” – “Ludoqorets” görüşünə azarkeşlər buraxılmayacaqlar.

Gün ərzində oynanılacaq qarşılaşmalar aşağıdakılardır:

“Portu” (Portuqaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – birinci oyun – 1:2;

“Espanyol” (İspaniya) – “Vulverhempton” (İngiltərə) - 0:4;

“Bazel” (İsveçrə) - APOEL (Kipr) – 3:0;

“Gent” (Belçika) – “Roma” (İtaliya) - 0:1;

“Başakşehir” (Türkiyə) – “Sportinq” (Portuqaliya) - 1:3;
(Reytinq:0)