Tarix : 25-02-2020, 11:57 | Bölmə: xeberler / sou |
Aparıcı AzTV-nin sədr müavini təyin edilib

Aparıcı AzTV-nin sədr müavini oldu.

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Elsevər Dünyamalıyev AzTV sədrinin müavini vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısıdır.
(Reytinq:0)