Tarix : 25-02-2020, 11:43 | Bölmə: xeberler / Cemiyyet |
Sabah bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Sabah paytaxtda 7 marşrut xətti üzrə avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Xeberpress.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.
(Reytinq:0)