Tarix : 11-02-2020, 11:37 | Bölmə: xeberler / Cemiyyet |
Bakıda buzlaşma ehtimalı olan ərazilərə xüsusi texnikalar çıxarılıb

Bakıda buzlaşma ehtimalı olan ərazilərə xüsusi texnikalar çıxarılıb.

Xeberpress.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb. Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Sürücülərdən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meterioloji amilləri nəzərə almaları xahiş edilir.
(Reytinq:0)