Tarix : 7-02-2020, 12:25 | Bölmə: xeberler / Hadise |
FHN-in Qubadakı yanğınla bağlı MƏLUMATI

FHN Quba rayonu ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Fevralın 7-də Quba rayonunun Qalxun kəndində - rayon mərkəzindən 60 kilometr məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, yanğının yaxınlıqdakı evlərə keçməsi ehtimalı olduğundan nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.
(Reytinq:0)