Tarix : 7-02-2020, 11:55 | Bölmə: xeberler / Hadise |
Koronavirusla bağlı yoluxucu xəstəliklər şöbəsində 3 nəfər qalır

Koronavirusla bağlı "Semaşko"da 3 nəfər saxlanılır.

Bu günə olan nəticələrə əsasən, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Qeyd edilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.
(Reytinq:0)