Tarix : 6-02-2020, 10:57 | Bölmə: xeberler / Cemiyyet |
Bu yolda hərəkət istiqaməti dəyişdirilir

Bakının bu yolunda hərəkət istiqaməti dəyişdirilir.

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Xeberpress.info bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.
(Reytinq:0)