Tarix : 8-01-2020, 10:58 | Bölmə: xeberler / idman |
AFFA-nın növbədənkənar konfransı

Bakıda AFFA-nın növbədənkənar konfransı başlayıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən ilin ölkəmiz üçün digər sahələrdə olduğu kimi, idmanda da uğurlu olduğunu deyib. O, cari ildə də bu uğurun davam etdiriləcəyinə əminliyini ifadə edib.

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Nizamnaməsinə edilən əlavə və dəyişikliklərin İcraiyyə Komitəsinin üzvləri ilə birgə məsləhətləşmələr nəticəsində gerçəkləşdiyini diqqətə çatdırıb.

AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlı Nizamnaməyə edilən əlavə və dəyişikliklərlə bağlı təkliflər arasında qurumun İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi, prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi və digər məsələlərin yer aldığını diqqətə çatdırıb.

Konfrans davam edir.
(Reytinq:0)