Tarix : 7-01-2020, 11:48 | Bölmə: xeberler / Hadise |
Partlayıcı oyuncaq və pirotexniki məmulatlar saxlanıldı

Partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısı alınıb.

Respublikanın daxili işlər orqanlarının əməkdaşları ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görürlər.

Xeberpress.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Yeni il ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 30-dək respublikada tədbirlər keçiriblər. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 31 min 400 ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
(Reytinq:0)