Tarix : 4-12-2019, 10:51 | Bölmə: xeberler / sou |
Xalq artisti Rafael Dadaşovun səhhəti ağırlaşıb

Nazirlik Rəfael Dadaşovun səhhəti ilə bağlı açıqlama verib

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

Xeberpress.info xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi də R.Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan daxil olan məlumata görə, o, dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.
Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.
(Reytinq:0)